3 Noyabr 2016 19:25
215

Aralıq dənizinin Liviya sahillərinə yaxın ərazisində miqrantları daşıyan iki qayıq batıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 239 nəfər həlak olub. Bununla bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Karlotta Sami məlumat verib.

O bildirib ki, qəzadan 2 miqrant xilas ola bilib. Bununla da bu il Aralıq dənizində ölən miqrantların sayı 4220-ə çatıb.

Samir


Müəllif:
Загрузка...