Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) 12 deputatının həbsi ilə bağlı Avropa Birliyinin səfirləri Ankarada təcili toplantı keçirəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfirlər Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin çağırışı üzərində toplanacaq.
Moqerini hadisədən dərin narahatlıq keçirdiyini deyib. Toplantıda HDP-dən kimin iştirak edəcəyi məlum deyil.
Samir