4 Noyabr 2016 17:25
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Binalı Yıldırım Xalqların Demokratik Partiyasının (HDP) 12 deputatının saxlanılması ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, millət vəkillərinin məhkəmənin çağırışına cavab verməmələri üçün saxlanıldığını bildirib:

"Türkiyə hüquqi dövlətdir. Terrorçuluqda əli olanlar bunun cavabını verəcəklər. Hüququn qarşısında heç kimin keçid üstünlüyü yoxdur. Hamının qanun qarşısında hüquqları bərabərdir. 154 millət vəkilinə məhkəmə çağırış göndərib, onlardan 54-ü bu çağırışı cavabsız qoyub. Yəni hüququn üstünlüyünü tanımayıblar".

Yıldırım ölkədə sosial şəbəkələrdə yaranmış problemə də aydınlıq gətirib: "Təhlükəsizlik səbəbindən bu cür tədbirlər həyata keçirilə bilər. Bunlar müvəqqəti xarakter daşıyır. Təhlükəni geridə qoyduqdan sonra hər şey normal olacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər