Peşmərgə qüvvələri İraqda başlanan Mosul əməliyyatları çərçivəsində Başika qəsəbəsini İŞİD terrorçularından azad edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı peşmərgə qüvvələrinin xüsusi nümayəndəsi Cabbar Yavər açıqlama verib.
Onun sözlərinə görə, hazırda peşmərgə əsgərləri bölgəni terrorçuların hazırladıqları gizli tələlərdən təmizləyir. Qəsəbəyə hücum zamanı 5 İŞİD-çi öldürülüb, xeyli sayda terrorçu yaralı ələ keçirilib.
Samir