İraqın Mosul şəhərinin azad edilməsi üçün İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı terror qruplaşmasının komandiri Mahmud Şükri əl-Nuyami öldürülüb.
Teleqraf.com "İnterfaks"a istinadən xəbər verir ki, Şeyx Fariz kimi də tanınan Şükri əl-Nuyami Mosulun qərb rayonlarına endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib.
İŞİD onun ölümünü təsdiqləyib.
İraq hökuməti 17 oktyabrdan bəri 1,2 min silahlının öldürüldüyünü bildirir.