ABŞ-ın müdafiə naziri Eşton Karter Amerika və NATO-nun Əfqanıstanın Baqram hərbi bazasında şənbə günü törədilən partlayış nəticəsində dörd amerikalının həlak olduğunu təsdiqləyib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Pentaqonun başçısının məlumatına əsasən, həlak olanların ikisi hərbçi, ikisi isə müqavilə ilə bazada işləyən əməkdaşdır. Partlayış nəticəsində NATO missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb.
Xatırladaq ki, terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.