15 Noyabr 2016 11:55
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev saxlanılıb. Ona qarşı korrupsiya ittihamı üzrə cinayət işi açılıb.

Məlumatlara görə, günahı sübuta yetirilərsə, naziri 15 il həbs cəzası gözləyir. Bununla bağlı Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib. O bildirib ki, Ulyukayev cinayət başında, yəni rüşvət alarkən yaxalanıb.

O qeyd edib ki, Ulyukayev hazırda İstintaq Komitəsində dindirilir.

Saat 09:18

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.

Teleqraf.com gazeta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, hazırda Ulyukayev saxlanılıb və onun barəsində zəruri istintaq hərəkətləri aparılır. Məlumatlara görə, nazirə qarşı korrupsiya ittihamı irəli sürülüb: "O, "Başneft"in səhmlərinin 50 faizinin "Rosneft" şirkətinə verilməsi üçün 2 milyon dollar rüşvət almaqda ittiham olunur".

Bundan başqa, yerli mediada yayılan xəbərlərdə Rusiya prezidenti Vladimir Putinin şəxsən bu işin istintaqını izləyəcəyi bildirilib. Qeyd edilib ki, əməli sübuta yetirilərsə, Ulyukayev həbs olunacaq və onu hazırda Strateji Təşəbbüslər Agentliyinin direktoru Andrey Nikitin əvəz edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər