20 Noyabr 2016 14:14
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya prezidenti Kresti Kalyulayd bu gün Mərkəzçi partiyanın lideri Yuri Ratasa hökumətin formalaşdırılması haqqında göstəriş verib.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə dövlət başçısının dəftərxanasından bildiriblər.

"Hesab edirəm ki, Ratasın formalaşdıracağı hökumət güclü və bacarıqlı olacaq. Yeni hökumətin xarici siyasətlə bağlı əvvəlki kursdan uzaqlaşmayacağına və təhlükəsizlik sahəsində ciddi dəyişikliklərin olmayacağına inanıram", - Estoniya prezidenti deyib.

Nihad


Müəllif:

Oxşar xəbərlər