21 Noyabr 2016 17:05
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta Asiyaya güclü qar yağıb, Qazaxıstanda temperatur mənfi 30-35 dərəcəyə düşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Almatı şəhərində qarın hündürlüyü 60 santimetrə çatıb. Bu, mövsümi normadan 15-20 santimetr yuxarıdır.

Şəhərin təsərrüfat rəhbərliyi 1500 kommunal xidmət işçisini və 1800 qartəmizləyən texnikanı küçəyə çıxarıb, buna baxmayaraq, vəziyyəti tam normallaşdırmaq mümkün olmayıb.

Qırğızıstanda da anomal havalar davam edir. Oş vilayətinin Qızıl-Jar qəsəbəsinə normadan 3 dəfə artıq qar düşüb. Paytaxt Bişkəkdə qarın ağırlığından yüzlərcə ağacın budaqları qırılıb, iki çardaq çöküb.

Oş şəhərində güclü qar yağıntısı səbəbilə noyabrın 18-də fövqəladə vəziyyət elan olunub.

MAHİR


Müəllif:

Oxşar xəbərlər