Mərhum Özbəkistan prezidenti İslam Kərimovun eyni ad-soyadlı nəvəsi İslam Kərimov BBC-nin yerli bürosuna müsahibə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nəvə Kərimov 25 dəqiqəlik müsahibədə anası Gülnarə Kərimovadan da danışıb.
O bildirib ki, kiçik bacısı İman Kərimova ilə sonuncu dəfə noyabrın 15-də danışıb. İman xanım ona anaları Gülnarə Kərimovanın sağ-salamat olduğunu deyib. Bildirildiyinə görə, Gülnarə Kərimova Daşkənddəki mənzilində təhülkəsizklik orqanının nəzarəti altında faktiki ev dustaqlığı şəraitində yaşayır.
Daha sonra nəvə Kərimov iddia edib ki, Milli Təhlükısizlik Nazirliyi Gülnarə Kərimovanın oxşarını tapıb, avtomobildə Daşkənd küçələrinə çıxararaq onun azadlıqda olduğunu nümayiş etdirməyə çalışıb.
İslam Kərimov anasının siyasi məsələlərlə bağlı məhkəməsiz həbs olunduğunu deyib.
MAHİR