5 Yanvar 2017 13:32
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə 6 yaşlı əkizlərə ağır işgəncə verən cütlük saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, azyaşlılardan biri Yeni İl şirniyyatından daddığı üçün havanın soyuq olmasına baxmayaraq, 15 saat eyvanda saxlanılıb.

Aparılan araşdırmalar zamanı digər uşağın bədənində isə xeyli xəsarət izləri aşkar edilib.

Məlumatlara görə, əkizlərin anası olan 31 yaşlı Fransa vətəndaşı bir müddət öncə yenidən ailə qurub. Ögey ata isə əkizlərə heç də doğma münasibət göstərməyib. Saxlanılan şəxs olanları belə açıqlayıb: "İsa peyğəmbər mənim ürəyimə toxundu və mənə tapşırdı ki, uşaqları yaxşı tərbiyə et. Oğlumu soyuqda saxladığım vaxt həyat yoldaşım yatmışdı".

Vəkil günahı sübuta yetirilərsə, həmin şəxsi 30 ilə qədər həbs cəzası gözlədiyini bildirib.

Elvin


Müəllif:

Oxşar xəbərlər