16 Yanvar 2017 00:39
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreyn üç şiəni 2014-cü ilin martında baş vermiş bomba partlayışına görə edam edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, həmin basqında üç polis zabiti həlak olmuşdu. Edam güllələmə yolu ilə icra olunub.

Ötən il ərzində ölkənin sünni hakimiyyəti tanınmış şiə müsəlman xadimin vətəndaşlıqdan məhrum edilməsi də daxil şiə tənqidçilərinin repressiyalarını gücləndirib.

BMT-nin qanunsuz qətllər üzrə xüsusi məruzəçisi Agnes Callamard bu edamları Tvitterdə pisləyib.
"İşgəncə, ədalətsiz mühakimə + zəif sübutlar: bunlar qanunsuz qətllər sayılır", xanım Callamard yazıb.

Edam barədə xəbərlər yayılandan həftəsonu yüzlərlə etirazçı küçələrə çıxıb. Onlar ali məhkəmə ölüm hökmünü təsdiq edəndən bir həftə sonra edam olunublar.

Bu Bəhreyndə son 6 ildə icra olunmuş ilk edamlardır, bildirir Reprieve təşkilatı.

"Bu Bəhreynin tarixində qara gündür. Bu, Bəhreyn hökumətinin ən rəzil cinayətidir və ölkə hakimiyyəti üzərinə ar gətirib… Bu akt Bəhreynin və bütün regionun təhlükəsizliyinə hədədir" - deyib Bəhreyn İnsan Haqları və Demokratiya İnstitunundan Sayed Əhməd Əlvədayi Reuters agentliyinə.


Müəllif:

Oxşar xəbərlər