"İraq ordusunun Mosuldakı uğurlu əməliyyatı davam edir. Yaxın vaxtlarda şəhər İŞİD terrorçularından tamamilə təmizlənəcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi deyib.
İbadi yanvarın 20-də vəzifələrinin icrasına başlayacaq ABŞ-ın seçilmiş prezidenti Donald Trampa səslənib: "İŞİD ABŞ da daxil olmaqla, bütün dünyaya təhlükədir. ABŞ-la əməkdaşlığa ehtiyacımız var.
2003-cü ildə ABŞ ordusunun İraqa daxil olmasından sonra çox sayda iraqlı həyatını itirib. Düşünürəm ki, Vaşinqton bizə təzminat ödəməlidir. Buradan bütün İslam ölkələrinə səslənirəm: İŞİD ilə mübarizədə güclərimizi birləşdirməliyik. Bizə kömək edin!"
Qeyd edək ki, İraq parlamenti 2011-ci ildə 1990-1991-ci illərdəki Körfəz müharibəsindən zərər görən amerikalılar üçün 400 milyon dollar təzminat ödəmək qərarı vermişdi.
Samir