18 Yanvar 2017 16:59
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kəşfiyyatı İŞİD-in kuryeri Abdul Mahhonu ələ keçirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Akçaqala sərhədində Suriyadan Türkiyəyə qanunsuz yolla daxil olan İŞİD-in silah və təchizat çaparı Abdul Mahho həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Terrorla Mübarizə İdarəsinin əməkdaşları onu gizləndiyi evdə yaxalayıb. Polis terrorçunun sərhədi keçdiyi zaman torpağı qazıb gizlətdiyi silahları - 3 əl qumbarası, 6 kapsul, 3,5 kiloqram partlayıcı maadəni ələ keçirib. Ələ keçirilən vəsaitlər üzərində aparılan təhlil zamanı bəlli olub ki, İstanbul, Ankara və Qaziantepedə İŞİD tərəfindən təşkil edilən terror hücumları zaman buna bənzər silahlardan və partlayıcıdan istifadə edilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər