22 Yanvar 2017 00:50
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura Suriya üzrə danışıqlarda iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib.

Teleqraf.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu gecə Suriya müxalifətinin nümayəndə heyətinin də Astanaya gələcəyi gözlənilir.

Suriya üzrə danışıqlar yanvarın 23-də Qazaxıstan paytaxtında başlayacaq. Rusiya, Türkiyə və İran nümayəndə heyətləri artıq Astanadadır. ABŞ Xarici İşlər Nazirliyi Astanaya Vaşinqtondan nümayəndə heyəti göndərilməyəcəyini, toplantıya Birləşmiş Ştatların Qazaxıstandakı səfirinin qatılacağını bildirib.


Müəllif:

Oxşar xəbərlər