29 Yanvar 2017 08:35
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel ötən gün aralarında keçirilmiş telefon danışığı zamanı Rusiya ilə münasibətlər və Ukraynadakı vəziyyət də daxil olmaqla, beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə ediblər.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.


“Prezident Tramp və kansler Merkel arasında geniş telefon danışığı keçirilib. NATO, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, Rusiya ilə münasibətlər və Ukraynadakı böhranla bağlı məsələlər müzakirə olunub”, - deyə məlumatda qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər