Rusiyanın Sankt-Peterburq şəhərində iki mindən çox adam Müqəddəs İsaak Kafedralının Rusiya Ortodoksal Kilsəsinə verilməsinə etiraz olaraq aksiya keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar kilsənin muzey statusunu itirəcəyindən narahatdılar.
“Biz Müqəddəs İsaak Kafedralını kilsəyə vermək istəmirik. Biz onu muzey kimi qorumaq istəyirik”, yerli məmur Boris Vishnevsky jurnalistlərə bildirib.
Aksiyaçılar deyirlər ki, kafedral şəhərə pul gətirir, indi isə onu kilsəyə verirlər.
Bəzi etirazçılar kilsənin gücünün artmasından narahatdılar.
Kafedralın kilsəyə verilməsini istəyənlər də aksiya keçirərək bu qərarı müdafiə ediblər.
Kilsə UNESKO-nun siyahısındadır və 1917-ci il bolşevik inqilabından sonra muzey kimi fəaliyyət göstərir. Hər il 3,5 milyondan çox turist buranı ziyarət edir.