7 Fevral 2017 13:34
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla nüvə razılaşmasına qarşı çıxan ABŞ yeni rəhbərliyinin iş başına keçməsindən sonra Yəməndəki müharibə getdikcə şiddətlənir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hökümət qüvvələri və husi üsyançıları arasında son günlər baş verən toqquşmalar zamanı hər iki tərəf 100-dən çox itki verib.

Yayılan məlumatlara görə, gecə saatlarında husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada İran istehsalı olan Scud raketləri atıblar. Hücum zamanı Əl-Riyaddan 40 kilometr uzaqlıqda olan hərbi düşərgə məhv edilib. Husilər bunu “uzaqmənzilli ballistik raket sınağı” kimi qiymətləndiriblər:

“Bildirmək istəyirik ki, Səudiyyə Ərəbistanı artıq bizim raketlərimizin düşmə nöqtəsi olacaq. Bunun davamı ağır olacaq".

Ər-Riyad hökuməti hərbi sığınacağın vurulması xəbərini təkzib edib.

Qeyd edilir ki, bu, Scud raketləri ilə husilərin Ər-Riyada ikinci hücumudur. Hücum anında Səudiyyənin müdafiə naziri Məhəmməd ibn Salman Yəmən prezidenti Məhəmməd Hadi ilə görüşürmüş.

Samir


Müəllif:

Oxşar xəbərlər