Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında Suriyanın Əl-Bab bölgəsində aparılan hərbi əməliyyatla bağlı toplantı keçirilib.
Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, toplantıda qərargah rəisi orgeneral Hulusi Akar, quru qoşunlarının komandiri general Saleh Ağıllı Çolak, Hərbi Hava Qüvvələrinin komandanı general Abidin Ünal və digər səlahiyyətli şəxslər iştirak ediblər.
Toplantı barədə ətraflı məlumat verilmir.