12 Fevral 2017 19:39
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda keçirilən növbəti prezident seçkiləri başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri açıqlama verib.

Türkmənistanda seçicilərin sayı 3.223.455 nəfər təşkil edir.

Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.

Qeyd edək ki, hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Seçkilərdə seçici fəallığı 97.27 faiz olub.


Müəllif: