İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 10 nəfər edam edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İran hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumata əsasən, müttəhimlərdən 7-si İranın Qum şəhərinin Ləngrud həbsxanasında, 3-ü isə ölkənin Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin həbsxanasında dar ağacından asılıb.
Qeyd edək ki, son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olur. İran İslam Respublikası ölkədə çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
Samir