19 Fevral 2017 16:57
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi Qəznə vilayətində keçirilən xüsusi əməliyyat zamanı "Əl-Qaidə" liderlərindən birinin məhv edildiyini açıqlayıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, həmin şəxs Seyfullah Akhtardır.

Akhtar Əfqanıstan hökumətinə qarşı mübarizə üçün Mərkəzi Asiya və digər ölkələrdən təxminən 30 min döyüşçü toplayıb. O, ölümünə qədər Bagram (Pərvan) düşərgəsində komandan olub və "Əl-Qaidə"nin hazırkı lideri Ayman əl-Zəvahiri ilə sıx əməkdaşlıq edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər