Suriya sülh danışıqları mövzusunda Cenevrədə keçirilən beynəlxalq toplantıya qatılan suriyalı müxaliflər heyətinin rəhbəri Nasir əl Həriri jurnalistlərə açıqlamasında İranın bu ölkədəki dağıdıcı və qeyri-konstruktiv rolundan danışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Suriyada müharibənin başa çatmasına mane olan əsas ölkənin İran İslam Respublikasının olduğunu deyib:
“Hazırda Rusiya və Türkiyənin vasitəçiliyi ilə elan edilən atəşkəs davam edir. Lakin atəşkəsə zəmanət verən ölkələr, o cümlədən də Rusiya hökumət qüvvələrinə və onlara qarşı üsyan qaldıran müttəfiq qüvvələrə nəzarət edə bilmədilər. Daha doğrusu, onlar İranı nəzarətdə saxlaya bilmədilər. İran Suriyada hər hansı bir siyasi razılaşmanın əldə olunması qarşısında duran əsas maneədir. Biz isə İranın Suriya problemi ilə bağlı pərdəarxasında oynadığı rolundan nigaranıq.
Biz Vaşinqtondan Suriya məsələsində daha da aktiv rol oynamasını və İranın bölgəyə, o cümlədən də Suriyaya müdaxiləsinin qarşısını almasını istəyirik. Çünki İran məzhəb və dini sektaçılığı təbliğ edən on minlərlə radikal döyüşçünü regiona yayıb. Hesab edirik ki, İranı dayandırmaq üçün həm bölgə, həm də beynəlxalq səviyyədə səylər gücləndirilməlidir”.
Samir