"Ermənistanda milli azlıq nümayəndələrinin təhsilə yiyələnmələri üçün daha çox səy göstərilməlidir".
APA-nın məlumatına görə, bu barədə Avropa Şurası Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına dair Məşvərət Komitəsinin tövsiyələrində deyilir.
Məktəbdən xaric olma hallarının azaldılmasına diqqətin artırılmasının vacibliyini önə çəkən qurum yezidilər də daxil olmaqla, digər milli azlıq nümayəndələrinin təhsilə yiyələnməsi üçün daha çox səy göstərməyə çağırıb. Habelə qızların 12 illik təhsil almalarını təmin etmək üçün məcburi erkən nikah hallarının cinayət kimi nəzərdən keçirilməsi və əhalinin siyahıya alınması zamanı milli azlıqların mənsubiyyətinin qeyd olunması təcrübəsinin tətbiqini tövsiyə olunub. Eyni zamanda, irqi və digər nifrət motivi ilə törədilən cinayətlərin ağırlaşdırıcı hal kimi dəyərləndirilməsi məsləhət görülüb.