3 Mart 2017 13:53
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyadakı toplantısının təxirə salınması hadisəsi iki ölkə arasında gərginliyi pik nöqtəyə çatıdırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, olaydan dərhal sonra Almayanın Ankaradakı səfiri Martin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə Türkiyə tərəfinin etiraz notası təqdim olunub. Qeqqenay şəhərində baş verən hadisəyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sərt reaksiya göstərib. O deyib ki, Almaniya Türkiyə ilə əlaqələrini normallaşdırmaq istəyirsə, özünü aparmağı bacarmalıdır:

"Bu, təsadüfi hadisə deyil. Almaniya sistemli şəkildə bunu edir. Onlar ölkədəki türklərin Türkiyədə baş tutacaq referendumda iştirakını əngəlləmək istəyir. Almaniya Türkiyənin müttəfiqi deyil. Türkiyə Berlin hökumətinin əmrinə tabe olmayacaq. Onlar bizim müdirimiz deyil. Bizimlə işləmək istəyirsizsə, özünüzü aparmağı bacarın. Bu hadisəyə cavabımız sərt olacaq".

CHP lideri Kamal Kılıçdaroğlu da bu məsələ ilə bağlı fikirlərini bölüşüb: "Ədalət və İnkişaf partiyasından olan 2 deputat Almaniyada türklər qarşısında çıxış etməli idi. Təxirə salınıb. Bu, doğru addım deyil. Həm dünyaya demokratiya dərsi verirsiz, həm də bu cür gərəksiz addımlar atırsız. Hər kəsin fikrini azad söyləmək hüququ var".

Bu arada Bəkir Bozdağın toplantısının planlaşdırıldığı Qeqqenay şəhər bələdiyyəsinin binasında həyəcanlı anlar yaşanıb. Naməlum şəxs polisə zəng edərək, binaya bomba quraşdırıldığını deyib. Polis dərhal binanı boşaldıb və təhlükəsizlik tədbirləri görüb. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekci Qeqqenay şəhər bələdiyyəsinin binasında bu bölgədə yaşayan türklərlə görüşməli və onları referendumla bağlı məlumatlandırmalı imiş. Toplantının təxirə salınma səbəbi açıqlanmır.

Samir


Müəllif:

Oxşar xəbərlər