"Politico" jurnalı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı "Vaşiqntondakı ən təhlükəli diplomat" adlandırıb.
Teleqraf.com xəbər verir ki, nəşr ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq nümayəndəsi Maykl Flinn və ölkənin baş prokuroru Ceff Seşnslə bağlı yayılan məlumatlardan sonra bu qənaətə gəlib.
Jurnalın məlumatlarına görə, son 10 ildə Kislyak qapalı fiqur olub: o, telekanallardakı çıxışlardan qaçır, amerikalı jurnalistlərlə söhbət etmir və "Tvitter" hesabında heç bir fikir paylaşmırdı: "Onu tanıyanlar səfirin çox ağıllı adam olduğunu bildirirlər. Donald Trampın seçilməsindən sonra Kislyak nəzərə çarpacaq qədər fəallaşıb. Bu isə onun necə təhlükəli diplomat olduğunu sübut edir".
Samir