ABŞ-ın eks-prezidenti Barak Obamanın nümayəndəsi seçki kampaniyası vaxtı onun hazırkı prezident Donald Trampın danışıqlarını dinləməsi barədə ittihamları rədd edib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Barak Obamanın nümayəndəsi Kevin Lyuis deyib: "Nə Obama, nə də Ağ Evdə çalışan məmurların heç biri heç zaman ABŞ vətəndaşlarından kiminsə izlənilməsi barədə göstəriş verib. Bunun əksini iddia etmək doğru deyil".
O, qeyd edib ki, Obama administrasiyası heç vaxt ABŞ Ədliyyə Nazirliyinin müstəqil təhqiqatlarına da müdaxilə etməyib.
Qeyd edək ki, Tramp şənbə günü Tvitterdə bildirib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama onun Ağ evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən “Trump Tower” göydələninin dinlənilməsini təşkil edib.
Tramp bu hərəkətin öz alçaqlığına görə “Uoterqeyt qalmaqalına” bərabər olduğunu əlavə edib.
ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə “Watergate” yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi.
Nihad