8 Mart 2017 16:39
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın hökumət qoşunları Hələbin əsas su stansiyasını geri ala bilib. Teleqraf.com "Hurriyyet"ə istinadən xəbər verir ki, bu barədə monitorinq qrupu bildirib.

Özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma stansiyanı ələ keçirəndən bəri sakinlər təxminən iki ay müddətində susuz qalıb.

Böyük Britaniyada mənzillənmiş İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirib ki, hakimiyyət qüvvələri "əl-Xafsa ərazinə daxil olub və stansiyanı ələ keçirib".

Onların sözlərinə görə, cihadçılar Rusiyanın hava zərbələri ilə dəstək olduğu Suriya hökumətinin hücumunun qarşısında qaçıb.

Dövlət informasiya agentliyi Sana hərbi mənbəyə istinad edərək, əməliyyat zamanı onlarla yaraqlının öldürüldüyünü xəbər verib.

BMT-nin məlumatına əsasən, Hələb vilayətində gedən döyüşlərə görə, fevralın 25-dən sonra azı 26,000 nəfər qaçıb.

Suriya hökumət qüvvələrinin indi Jarrah hərbi hava limanına doğru irəlilədiyi də bildirilir. Obyekt 2014-cü ilin yanvarında İŞİD tərəfindən ələ keçirilib.

Bundan başqa çərşənbə axşamı Rusiya, Türkiyə və ABŞ silahlı qüvvələrinin yüksək rütbəli generalları Suriyada daha sıx koordinasiyanı müzakirə etmək üçün Türkiyədə görüşüb.

Üçtərəfli danışıqlar zamanı İŞİD-ə qarşı mübarizədə rəqib qüvvələr arasında toqquşmaya yol verməmək üçün nə edilməli olduğu ilə bağlı müzakirə gedib.

Rusiya, Türkiyə və ABŞ cihad qrupuna qarşı mübarizə apararkən, onlar Suriya münaqişəsi ilə bağlı müxtəlif düşərgələri dəstəkləyirlər.

Hələb, bir zamanlar 2.3 milyon əhalisi ilə Suriyanın ən böyük şəhəri sayılıb və ölkənin sənaye və iqtisadi mərkəzi hesab olunub.

Ölkədə vətəndaş müharibəsi zamanı şəhər hökumət və üsyançıların nəzarətində olan rayonlara bölünüb və 2012-ci ildə müharibə meydanına çevrilib.


Müəllif:

Oxşar xəbərlər