İran hərbi katerləri ABŞ-a məxsus gəmiyə təhlükəli məsafədə yaxınlaşıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Şon Spayser açıqlama verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp məlumatlandırılıb:
"Cənab Tramp bildirib ki, rəsmi Tehranın bu tip hərəkətlərinə dözmək niyyətində deyil. ABŞ prezidenti ölkənin Hərbi Dəniz Donanmasının səlahiyyətli şəxslərinə lazımı tapşırıqlar verib".
Samir