14 Mart 2017 08:28
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Sahil Mühafizəsi Çeşmədə dəniz yolu ilə İtaliyaya keçməyə cəhd edən 83 qeyri-qanuni miqrantı saxlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, onların əksəriyyətinin Suriya vətəndaşları olduğu bildirilir.

İlkin məlumata görə, miqrantların hər biri qanunsuz daşıyıcılara 5,5 ABŞ dolları ödəyib. Gəminin göyərtəsində həyata keçirilən əməliyyat zamanı miqrantların qanunsuz daşınmasında şübhəli bilinən 4 ekipaj üzvü saxlanılıb. Onlardan 3-nün ukraynalı olduğu qeyd olunur.


Müəllif:

Oxşar xəbərlər