Hollandiyada parlament seçkiləri keçirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, seçki prosesi yerli vaxtla 07:30-da (Bakı vaxtı ilə 10:30) başlayıb və 21:00-a qədər davam edəcək.
Parlamentdə 150 yer uğrunda əsas iki partiya - Azadlıq və Demokratiya üçün Xalq partiyası və Azadlıq partiyası mübarizə aparır.
Son sorğunun nəticələrinə görə, hazırkı baş nazir Mark Ryuttenin başçılıq etdiyi Azadlıq və Demokratiya üçün Xalq partiyası rəqibini 1 faiz səslə qabaqlayıb.
Samir