Bu gün Pekinə səfər edən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səud Çin prezidenti Si Tsinpin ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çin xarici işlər nazirinin müavini Çjan Min məlumat verib:
“Çin dövlət başçısı ilə Səudiyyə Ərəbistan Kralı arasındakı danışıqlar dostluq şəraitində keçib, tərəflər ümumi məbləği 65 milyard dollar olan 10-dan çox anlaşma imzalayıblar.
Danışıqlar uğurla yekunlaşıb. Təbii sərvətlərin mənimsənilməsi, energetika, kosmos, yüksək texnologiyalar, sərmayələr, təhlükəsizlik kimi əməkdaşlığın müxtəlif sahələrində 14 anlaşma imzaladıq. Ümumilikdə 65 milyard dollarlıq 35 əməkdaşlıq layihəsinə malikik”.
Samir