Avropa Birliyi ölkələrinə sığınacaqlarla bağlı edilən müraciətlərin sayında azalma var.
Avropa Birliyi Statistika Qurumu ötən il AB-dən sığınacaq almaq üçün müraciət edənlərin sayının 1 milyon 200 min olduğunu bildirib.
AB-yə ən çox suriyalılar (334 min nəfər) üz tutmaq üçün müraciət edib. Əfqanlar 183 min nəfərlə ikinci, iraqlılar isə növbəti yerdə qərarlaşıb.
Müraciət edənlər ən çox Almaniyada sığınacaq almaq istəyirlər.
/Axar.az/