19 Mart 2017 19:28
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyrutu etiraz aksiyaları bürüyüb. Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, etiraza səbəb ölkədə hökumətin yeni vergilər tətbiq etmək planları olub.

Yüzlərlə nümayişçi paytaxt küçə və meydanlarına çıxaraq hökuməti bu addımdan çəkinməyə səsləyən şüarlar səsləndirib.

Etiraz aksiyasında iştirak edənlər və ölkə əhalisinin əksəriyyəti bu fikirdədir ki, yeni tətbiq ediləcək vergilər az təminatlı təbəqənin yaşayışını daha çox ağırlaşdıracaq.


Müəllif:

Oxşar xəbərlər