21 Mart 2017 11:14
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya baş naziri Angela Merkelin təmsil olunduğu Xristian Demokratlar Partiyasından deputat seçilmiş türk kökənli Cəmilə Giousouf Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı faşist bənzətməsinə görə üzr istəmyə çağırıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Cəmilə Giousouf faşist bənzətməsinin Almaniyada yaşayan türklər arasında rəğbətlə qarşılanmadığını vurğulayıb:

"Əksinə bir çox türk əsilli insanlar bu çirkin və düşmən münasibəti utanverici hal kimi qarşılayır. Bu ittihamlar Almaniyada yaşayan türklərin imicinə və iki xalq arasında əlaqələrə ziyan vurur".

Cəmilə Giousouf 1978-ci ildə doğulub, Xristian Demokratlar Partiyasından parlamentə düşmüş ilk müsəlmandır. O, Almaniyaya Qərbi Trakiyadan köçüb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan PKK aksiyalarına icazə verib, Türkiyə refendumana dəstək mitinqlərini qadağan edən Almaniyanın bu hərəkətini pisləyib, tüklərlərlə faşist kimi davranıldığını bildirib.

MAHİR


Müəllif:

Oxşar xəbərlər