Kərkükdə türkmənlər Şimali İraq Kürd Muxtariyyətinin bayraqlarına qarşı qiyam qaldırıb.
İraq Türkmən Cəbhəsi rəhbəri Ərşad Salehi bəyan edib ki, türkmən bayrağı PKK tərəfindən endirilməyəcək.
Teleqraf.com xəbər verir ki, Türkiyə Almaniya və Niderlandla diplomatik böhran yaşayarkən Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkmən şəhəri Kərkükə Kürdüstan bayrağı asıb. Bunu izləyən türkmənlər isə Kərkükün bütün küçələrini türkmən bayrağı ilə bəzəyiblər.
Ankaranın müttəfiqi hesab edilən Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin yaxın adamı olan Nəsməddin Kərim isə Kərkükdə türkmən bayrağının asılmasına “Türkiyənin paytaxtı Ankara, ən böyük şəhəri İstanbulda Kürdüstan bayrağı asılırsa, Kərkükdə nə üçün asılmasın” fikri ilə muxtariyyətin addımını müdafiə edib.
İraq Türkmən Cəbhəsi rəhbəri Ərşad Salehi isə bildirib ki, baş verənlərə tamaşaçı kimi yanaşılmamalıdır: “Kərkükdə Kürdüstanın bayrağı asılarkən Türkiyə istisna olmaqla nə İraq hökumətindən, nə də ABŞ-dan bir səs çıxmadı. Kərkük qubernatoru və onunla birlikdə hərəkət edənlər PKK-nı bombalayandan sonra şəhərin hər tərəfinə PKK-lıran fotoşəkillərini asdılar.
İndi Kürdüstan bayrağının Kərkükdə rəsmi binalara asılmasına dair əmr Kərkükün gələcəyinə təhdid edən bir mövzudur. Yaşanan gərginlik Kərkükün həqiqətən təhlükəli bir vəziyyətdə getdiyinin göstəricisidir. Mübarizə aparmağımız lazımdır.
Kərkük qubernatorluğunun PKK dəstəyi ilə atdığı bu addıma kürd partiyaları da razı deyil. Valilik Kürdüstan bayrağını asdıqdan sonra biz də küçələrə və evlərə türkmən bayrağı asmağa başladıq. Bizə toxunana biz də toxunacağıq.
Qubernatorun ən böyük dəstəyi PKK-dan gəlir. Belə hallara dərhal son verilməlidir. Əks halda Kərkükdə arzu edilməyən hadisələr yaşanacaq. Kərkükü bir kürd şəhəri kimi göstərməyə çalışırlar. Kürdüstan bayrağı endirilənə qədər biz də bayraqları asacağıq”.
Qeyd edək ki, hazırda türkmən gəncləri küçələrdən asılan bayraqların keşiyini çəkirlər. Türkmən Cəbhəsi və siyasi partiyaların üzvləri elan edib ki, əgər atəş açılarsa qarşılıq veriləcək.
Cavad