Misirin keçmiş prezidenti Hüsnü Mübarək paytaxt Qahirənin Maadi rayonundakı hərbi hospitalı tərk edərək evinə qayıdıb.
"Report"un məlumatına görə, bu barədə "Yoyum7" nəşri eks-prezidentin ailəsinin yaxınlarına istinadən xəbər verib.
Məlumatda bildirilir ki, Mübarək xüsusi tibb avtomobili ilə Qelipolis rayonundakı evinə çatdırılıb. Onu oğlu Camal və həyat yoldaşı Süzən Sabet müşayiət edib.
Keçmiş prezidentin evinin tibbi avadanlıqlarla təchiz edildiyi bildirilir.
Hüsnü Mübarəkə qarşı bir neçə cinayət işi 2011-ci ildə, onun hakimiyyətdən devrilməsindən sonra qaldırılmış, Kassasiya Məhkəməsi martın əvvəllərində keçmiş prezidentə bəraət vermişdi.