22 Mart 2017 23:40
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktında ölənlərin sayı 4 nəfərə çatıb.Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən biri polis əməkdaşı olub.

22:14

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı açıqlanıb. Hadisə nəticəsində iki nəfər ölüb.

Qeyd edək ki, bu gün axşam saatlarında Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib. London polisi baş verənləri terror aktı kimi qiymətləndirib.

20:00

Londonda parlament binası yaxınlığında atışma olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisədən sonra parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb. London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib.

İlkin məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb. Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.


Müəllif:

Oxşar xəbərlər