24 Mart 2017 14:26
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı İraqın Səlahəddin rayonu Tuzhurmatu mahalının 12 kilometr qərbində yerləşən Çardaqlı kəndinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı 5 kənd sakini güllələnib.

Terrorçular təhlükəsizliyi təmin edən qüvvələrə də hücum edib.

Sözügedən ərazidə əsasən türkmənlər yaşayır, Çardaqlı türkmən kəndidir. Yağışlı və soyuq havanı öz əməlləri üçün yaxşı fürsət sayan İŞİD terror qrupu gecə saatlarında Ağsu çayını keçərək piyada şəkildə şimal hissədən kəndə daxil olublar. Onlar 5 adamın olduğu türkmən evinə hücum çəkiblər. 3 nəfəri qadın olmaqla 5 nəfəri qətlə yetiriblər.

Hadisə yerinə gələ təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib, terrorçular iki polis əməkdaşını öldürüb.

Cavad


Müəllif:

Oxşar xəbərlər