27 Mart 2017 10:03
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə aprelin 16-da keçiriləcək konstitusiya dəyişikliyinə dair referendum üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi bu gün başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 3 milyondan artıq seçici 57 ölkədə 120 nümayəndəlikdə aprelin 9-dək səsvermədə iştirak edəcək. Seçicilər bu seçkidə yalnız baş konsulluqlarda deyil, istədikləri yerdə səsvermə sərbəstliyinə malik olacaqlar.

Səsvermə səhər saat 09:00-dan axşam 21:00-a qədər davam edəcək. İlk olaraq Danimarka, Belçika, Fransa, İsveçrə, Avstriya və Almaniyada yaşayan Türkiyə vətəndaşları səs verəcəklər.


Səsvermə prosesi Amerika Birləşmiş Ştatlarında 1 aprel, Birləşmiş Krallıqda 6 aprel, Hollandiyada 5 aprel, İtaliya və Səudiyyə Ərəbistanda 7 aprel, Yunanıstan və Rusiyada 8 apreldə başlayacaq. Yaponiya, Çin və Cənubi Afrikada isə yalnız 9 apreldə səs veriləcək.


Samir


Müəllif:

Oxşar xəbərlər