Berlin Məhkəməsi pakistanlı Heydər Seyidi xarici gizli xidmətə çalışdığı üçün həbs edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu haqda Berlin Ali Əyalət Məhkəməsinin nümayəndəsi deyib.
Qeyd olunur ki, təhsil məqsədilə 2012-ci ildə Almaniyaya gələn Heydər Seyid 2016-cı ilin iyulunda həbs edilib. Onun həbsdən əvvəl azı bir il müddətində İran xüsusi xidmət orqanları üçün çalışdığı bəlli olub.
Heydər Seyid İran İnqilab Gözətçiləri Korpusuna məxsus "Qüds Gücü"nün üzvü olaraq 2 min 52 avro maaş alıb.
Heydər Seyidin 2015-ci ilin yayında Parisdə iqtisad elmləri üzrə professor David Rouachi izlədiyi və Paris Universitetində kəşfiyyat işləri apardığı iddia olunub.
Universitetdə 300-dən çox fotoşəkil çəkən Heydər Seyid buradakı təhlükəsizlik tədbirləri və universitetin yaxınlığındakı polis şöbələri haqqında məlumatlar əldə etməyə çalışıb.
Heydər Seyidi Almaniyada Alman-İsrail Cəmiyyətinin sabiq rəhbəri Reinhold Robbeni izləyib, Robbenin həyatı, görüşləri, fəaliyyəti, ailəsi və yaxınlarına dair məlumatlar toplayaraq 905 səhifəlik qovluq hazırlayıb.
Heydər Seyid özü məhkəmədə ifadə verməkdən imtina edib.
Məhkəmədə şahid qismində dindirilən Daxili Kəşfiyyat Xidmətinin adı çəkilməyən əməkdaşı isə bildirib ki, İran Qərb ölkələri ilə ola biləcək döyüş zamanı asan vurulacaq hədəflərin siyahısını əldə etmək istəyib.
Pakistanın Karaçi şəhərində doğulan və son olaraq Almaniyanın Bremen şəhərində yaşayan Heydər Seyidin vəkilləri onun qorxudan məhkəmədə ifadə vermədiyini bildirib.
Məhkəmə Heydər Seyidi 4 il müddətinə azadlıqdan məhrum edib.
Cavad