Yəmən prezidenti Mənsur Hadi İordaniyada keçirilən Ərəb Dövlətləri Liqasının 28-ci sammitində çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, çıxışı zamanı o, İranı regiondakı ərəb ölkələrinin, o cümlədən də Yəmənin daxili işlərinə qarışmaqda, husilərə yardımda və bölgədə terrorçuluğa dəstək verməkdə günahlandırıb.
M.Hadi bildirib ki, İran bölgədə ərəb kimliyinin məhvinə çalışır: “Husilərin, Əli Abdullah Salehin İranla yaratdığı koalisiyanın hədəfi məhz Yəməni öz kimliyindən və tarixindən qoparmaqdır. Husilər İranın əmri və göstərişi ilə danışıqlara qarşı çıxıb konstitusiya əleyhinə çevriliş edərək, ölkəni müharibəyə sürükləyiblər. Bundan başqa onlar İranın yardımı ilə ölkənin bütün sərvətlərini qarət ediblər. Biz İranın regiona uzanan və Yəmənin daxili işlərinə qarışan əlinin bölgədən kəsilməsini tələb edirik. İran ərəb ölkələrində terrorçuluğa rəvac verir, onu qızışdırır. İran terrorçuluğun rəsmi hiayədarıdır”.
Samir