31 Mart 2017 15:07
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın müdafiə naziri Hüseyn Dehqan jurnalistlərə açıqlamasında ABŞ hərbi komandanlarının son günlər bu ölkənin regiondakı rolu barədə səsləndirdiyi bəyanatlarına sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Dehqan ABŞ hərbi komandanlarının İranla bağlı bəyanatlarını “yalan iddia” adlandırıb: “Bu kimi bəyanatlar bölgədə yalnız çaxnaşmanı dərinləşdirə bilər. Amerikalıların Fars körfəzində nə işi var? Yaxşısı budur ki, onlar bu məntəqədən çıxıb getsinlər və region ölkələrinə maneəçilik törətməsinlər”.

Qeyd edək ki, martın 29-da Amerika Nümayəndələr Palatasının silahlı qüvvələr xidmətləri komitəsində çıxış edən ABŞ-ın Mərkəz Komandanı general Jozef Votel İranın bölgədə sabitliyi pozan dağıdıcı fəaliyyətindən və onun region ölkələrinin daxili işlərinə müdaxiləsindən danışıb.

Samir


Müəllif:

Oxşar xəbərlər