"İŞİD-i ABŞ-ın əvvəlki rəhbərliyi yaradıb. İndiki rəhbərlik isə onu gücləndirir".
Teleqraf.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu.
Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə ABŞ-ın yaratdığı terrorçular onun özü üçün ciddi problemə çevriləcək.