Almaniya polisi terror aktı hazırlamaqda şübhəli bilinən miqrantı saxlayıb.
Bu barədə “Leipziger Volkszeitung” qəzeti yazıb.
25 yaşlı Mərakeş əsilli oğlan aprelin 8-də Leypsiq şəhəri yaxınlığında yerləşən qaçqın düşərgəsində keçirilən əməliyyat zamanı tutulub. İlkin məlumata əsasən, o, Almaniyanın paytaxtı Berlində terror aktı törətməyi planlaşdırırmış.
/APA/