Filippin sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ-ın Geoloji xidməti məlumat verib.
Təkanlar yerli vaxtla saat 22.42-da Pondaquitan yaşayış məntəqəsinin 126 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 9,6 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.