Bu gün Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Teleqraf.com "Ria Novosti" agentliyi istinadla xəbər verir ki, görüşdən əvvəl Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə təkbətək formatda fikir mübadiləsi aparıb.
Üçtərəfli görüş zamanı ABŞ-ın raket zərbələrindən sonra Suriyada yaranan vəziyyət, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və İdlibdə baş verən hadisələr müzakirə olunub. Nazirlər Suriya böhranının siyasi həllinin saxlanılması istiqamətində razılığa gəliblər.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfrasında Sergey Lavrov jurnalistlərə görüşlə bağlı açıqlama verib: "Valid Muallem və Məhəmməd Cavad Zəriflə vacib görüş keçirdik. Görüşdə bir çox məsələlərdə razılıq əldə etmişik. Biz tələb edirik ki, ABŞ və onun tərəfdaşları Suriyanın suverenliyinə hörmət etsin və aprelin 7-də baş verən hadisə bir daha təkrarlanmasın.
İkincisi, biz aprelin 4-də İdlibdə dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə olunmasının obyektiv araşdırılmasını istəyirik. Belə araşdırma kimyəvi silahların qadağan olunması üzrə təşkilatın himayəsi altında təşkil olunmalıdır".
Samir