16 Aprel 2017 17:41
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbakır vilayətində silahlı insident baş verib.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diyarbarın Yabanardı kənd məktəbində keçirilən seçki məntəqəsinin qarşısında qohum olduğu deyilən iki ailə arasında insident olub. Bu zaman hər iki tərəf silahdan istifadə edib və səbəbi hələlik məlum olmayan atışma zamanı 2 nəfər ölüb. Onlar 68 yaşlı Abdulrezzak Yıldız və 32 yaşlı Şeyhmus Yıldızdır. İdris Yıldız isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Faktla bağlı araştırma aparılır.


Müəllif:

Oxşar xəbərlər