24 Aprel 2014 00:22
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Nazirlər Kabinetinə tabe olan Sərmayə Bazarı Qurumu (SPK) Fətullah Gülən camaatına yaxınlığı ilə tanınan “Bank Asiya”nın 1 milyard lirəlik (465 milyon dollar) sərmayə layihəsini dayandırıb.

Məlumata görə, bank həmin vəsaiti sukuk (islam istiqrazı) ixracatına yönəltməyi planlaşdırmışdı. Amma SPK sərmayənin maliyyə strukturunda qeyri-müəyyənlik olduğunu bildirib. Hazırda SPK bankın səhmlərindəki qeyri-adi fəallığı da araşdırır.

Şəriət qanunlarına uyğun olaraq məqsədli sərmayə sənədi olan sukuk qazancı əvvəlcədən bilinməyən yatırım sənədidir. “Bank Asiya”nın həmin pulları Qətər İslam Bankı ilə ortaq layihəyə yatırmaq istədiyi bildirilir. /ANSPress/


Müəllif:

Oxşar xəbərlər