Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bəyan edib ki, Türkiyənin İŞİD-ə qarşı mübarizə mövqeyi açıq, dəqiq və qətidir: “Biz bu istiqamətdə əməkdaşlıq edə biləcəyimizi hər səviyyədə ABŞ-ın diqqətinə çatdırmışıq. Bu şərtlər altında qərar bizim deyil, ABŞ-ın olacaq. Prezident Ərdoğan mayın ortalarında amerikalı həmkarı Trampla görüşəcək və İŞİD-ə qarşı birgə mübarizə bir daha müzakirə olunacaq. Bu mənada indi fərziyyələr əsasında qərar çıxarmaq səhv olardı. Yanlış olmayan tək məsələ Türkiyəyə zərər verəcək kim olursa-olsun, istər ölkə daxilində, istərsə də xaricdə, gərək olanı edəcəyik”.
Cavad